Göygöldə yeməkxana, Tovuzda isə ev yanıb
2021-05-24 10:07
Göygöl rayonunda ümumi sahəsi 50 m² olan yeməkxananın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı avtomobil təmiri sexi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində də anoloji hal baş verib. Ümumi sahəsi 40 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov söndürülüb.
Vüsalə Camal