Göygöldə tutulan fizika müəlliminin qətl törətdiyi üzə çıxıb
2021-12-16 12:05
Göygöldə barəsində həbs qətimkan tədbiri seçilmiş fizika müəllimi Hüseynov Elnur Rasim oğlunun qohumunu da qətlə yetirdiyi müəyyən edilib. Belə ki, Hüseynov qayınanasının bacısı Səidə Hüseynovanın əmlaklarını ələ keçirmək üçün onu öldürüb hadisənin izini itirmək qərarına gəlib. Bu məqsədlə aprelin 14-də Yevlaxın Aşağı Bucaq kəndində Səidənin yaşadığı və işlədiyi cücə istehsalı sexinə gəlib. Qadını bıçaqlayaraq öldürdükdən sonra 1500 manat və 900 ABŞ dolları məbləğində pulu, qızıl-zinət əşyalarını ələ keçirib. Daha sonra özü ilə gətirdiyi dizeli meyitin üzərinə və sexin müxtəlif hissələrinə tökərək yandırıb.
Vüsalə camal