Göygöldə toquşan “VAZ”-lardan birinin sərnişini xəsarət alıb
Göygöl rayonunun girişində yol nəqliyyat hadisəsi baş verib. Rayonun Dozlar kənd sakini - 38 yaşlı Samir Alıyev idarə etdiyi “VAZ 21015”-lə rayon sakini - 27 yaşlı Ələkbər Həsənovun sürücüsü olduğu “VAZ 2106” toqquşub. Qəza zamanı 015-in qadın sərnişini xəsarət alıb. Yaralıya ilkin tibbi yardım göstərilib. Qəza hər iki avtomobil dönmə əməliyyatı yerinə yetirərkən baş verib. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev