Göygöldə silsilə oğurluq edən şəxslər saxlanılıblar
2020-08-03 14:05
Göygölün Çaykənd kəndində yerləşən mağazalardan, fərdi yaşayış evlərindən və avtomobildən silsilə oğurluqlar edən rayon sakinləri 28 yaşlı Eltac İsazadə və 23 yaşlı Saləddin Hüseynov saxlanılıblar. Məlum olub ki, onlar iyul ayının müxtəlif vaxtlarında kənddə yerləşən 2 mağazadan 1503 manat dəyərində tütün məmulatları və müxtəliv növ məhsullar, 2 fərdi yaşayış evindən ümumilikdə 400 manat nağd pul, 200 manat dəyərində qol saatı və müxtəlif məbləğlərdə elektrik avadanlıqları, həmçinin kənd sakininə məxsus avtomobildən 200 manat dəyərində musiqi avadanlığı oğurlayıblar. Saxlanılan şəxslərin sonuncu cinayət əməli isə rayon sakininə məxsus 800 manat dəyərində mobil telefonu oğurlamaq olub.
Fərid Mehdiyev