Göygöldə region cüdoçularının ilk təlim-məşq toplanışına yekun vurulub

2019-09-10 16:01

Göygöldə region cüdoçuları üçün keçirilən ilk təlim-məşq toplanışına yekun vurulub. Yerli Olimpiya İdman Kompleksində 1 həftə davam edən hazırlıq Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil edilib. Məşqlərə Naxçıvandan başqa ölkənin bütün bölgələrini təmsil edən 250-yə yaxın idmançı qatılıb. Toplanış yeni mövsüm öncəsi yarışlara hazırlıq xarakterli olub.

Vəfa Şairova