Göygöldə qəza olub, yaralılar var
Göygölün Murovdağ qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Hadisəsi zamanı 2 nəfər - 1989-cu il təvəllüdlü Nicat Həsənov və 1992-ci il təvəllüdlü İlknurə Məmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Nərgiz Camalzadə