Göygöldə nadir hadisə... Su buz bağlayıb
2021-03-24 18:09
Bol qarlı mart bu dövr üçün xarakterik olmayan şaxta ilə müşayiət olunduğundan Göygölün suyu donaraq buz bağlayıb. Hazırda gölün üzərində 2-3 sm qalınlığında buz qatı yaranıb ki, bu da son illərin nadir təbiət hadisələrindəndir. Bahar fəslində Göygölün üst hissəsinin donması turistlərin də böyük marağına səbəb olub.
Fərid Mehdiyev