Göygöldə mağazalardan 12 min manatlıq oğurluq edilib
2021-01-10 14:08
Göygöl rayonunda əvvəllər dəfələrlə məhkum olunmuş Elçin Rüstəmov və Sahib Hüseynov 2021-ci ilin müxtəlif vaxtlarında rayon ərazisindəki 3 mağazanın dam örtüyünü deşərək qeyri qanuni yola daxil olaraq oradan ümumilikdə 12 000 manat dəyərində olan tütün və gündəlik tələbat mallarını oğurlamaqda şübhəli bilinərək saxlanılıblar. Şəxslər oğurladıqları malları Gəncədə satıblar. Fakla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Nərgiz camal