Göygöldə "KamAZ" qoyun sürüsünə çırpılıb
2020-06-01 14:06
Göygöldə "KamAZ" qoyun sürüsünə çırpılıb. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Göygöl sakini Fikrət Əsgərovun idarə etdiyi yük maşını Musa Ömrümovun heyvanlarını vurub. Ümumilikdə 30-a yaxın qoyun tələf olub və yaralanıb.
Nərgiz Camal