Canlı
Göygöldə iki məktəblini maşın vurub

2018-03-07 / 14:22

Göygölün Yeni Qızılca kəndində iki məktəblini maşın vurub. Qəza 15 yaşlı Coşqun Əskərov və həmyaşıdı Rəvan Əliyev yolu keçən zaman baş verib. Hər iki yeniyetmə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Vəziyyətlərinin kafi olduğu bildirilir. Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.

Ruhəngiz Hacızadə