Canlı
Göygöldə idarəetmədən çıxan maşın 3 nəfəri həyatından etdi

2018-07-10 / 12:34

Bakı-Qazax magistral yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Hadisə yolun 375-ci kilometrliyində, Göygöl rayonunun Balçılı kəndi ərazisində ərazisində qeydə alınıb. Tərtər rayon sakini, 30 yaşlı Fuad Aydınzadə idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb. Nəticədə sürücünün anası və 7 aylıq körpəsi hadisə yerində ölüb. Sürücü və avtomobildə olan sərnişinlər, sürücünün arvadı və bacısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Sürücü xəstəxanada ölüb.

Vəfa Şairova