Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
Göygöldə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Birgəyaşayış mədəniyyəti cəmiyyətin mənəvi dayağı kimi" mövzusunda regional konfrans başlayıb.Tədbir çərçivəsində həmçinin "Müxtəliflik şəraitində birgəyaşayış və qarşılıqlı hörmət" və "Fərqli inanclar, ortaq dəyərlər: müasir çağırışlar fonunda birgə məsuliyyət" mövzuları üzrə panel müzakirələr də təşkil olunacaq.
06 oktyabr 2026

