Göygöldə beynəlxalq cüdo turniri start götürüb
2021-03-23 18:00
Göygöldə Azərbaycanın əməkdar məşqçisi Ariz Ələkbərovun xatirəsinə həsr olunmuş 18 yaşadək cüdoçular arasında beynəlxalq turnir start götürüb. Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışda Türkiyə, Almaniya, Macarıstan, Özbəkistan, Sloveniya və Polşadan 100-dən çox idmançı mübarizə aparır. İki gün davam edəcək turnirdə Azərbaycanın 400-ə yaxın gənc cüdoçusu qüvvəsini sınayacaq.
Nərgiz camal