Canlı
Göygöldə baş verən bıçaqlanma bir nəfəri xəstəxanalıq etdi

2017-12-07 / 10:02

Göygöldə bıçaqlanma hadisəsi baş verib. Yeni Qızılca kənd sakini, 22 yaşlı Famil Həsənov qarının kəsilmiş-deşilmiş xəsarəti ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. O, dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Vəfa Şairova