Göygöldə 82 yaşlı qadın qarət edilib
2021-02-15 12:09
Fevralın 14-də Göygölün Sərkarlı kəndindəki evlərdən birinə girən naməlum şəxsin yatmış vəziyyətdə olan 82 yaşlı ev sahibəsinin boynundakı qızıl boyunbağını götürüb qaçması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini R.Novruzov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.
Vüsalə camal