Göygöldə 28 yaşlı gənc qətlə yetirilib
2021-09-02 10:05
Dünən saat 19 radələrində Göygölün Çaylı kəndində 28 yaşlı Ayxan Hüseynlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Müəyyən edilib ki, zərərçəkmişi tanışı, 35 yaşlı Hüseyn Əsgərov mübahisə zamanı bıçaqlayaraq qəsdən öldürüb. Əsgərov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb. Qazaxın Ülkməzli kəndində isə "VAZ 2107" yoldan çıxaraq dərəyə aşıb. Sürücü, 38 yaşlı Osmanov Eldar Cəbrayıl oğlu dünyasını dəyişib.
Nərgiz camal