Göygöldə 15 idmançı qidadan zəhərlənib
2021-04-26 10:11
Göygöl Olimpiya İdman Kompleksində 15 cüdoçu qidadan zəhərlənib. Bu barədə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, aprelin 25-i saat 12 radələrində Göygöl Rayon Mərkəzi Xəstəxanasından 15 nəfər şəxsin dəqiqləşdirilməmiş “qida zəhərlənməsi” diaqnozu ilə müraciət etməsi barədə məlumat daxil olub. Cüdoçular kompleksdə təşkil olunan təlim-məşq toplanışında iştirak ediblər.
Vüsalə camal