Göygöl və Samux sakinlərinin nəyə görə Gəncəyə gəlməsinə lüzum qalmadı?

2019-08-08 12:01

Göygöl və Samux sakinləri mənzillərinə smart tipli sayğacının quraşdırması üçün Gəncəyə gəlməsinə ehtiyac qalmayacaq. Vətəndaşlara lazımi xidmətlər Gəncə Regional Qaz İstismarı İdarəsinin həmin rayonlarda yerləşən xidmət sahələrində göstəriləcək. Monitorinqlər gün ərzində hər rayondan 50 müraciətin daxil olacağını göstərir. Bununla yanaşaı Gəncə “ASAN Xidmət” mərkəzində Azəriqaz istehsalat Birliyinin 21 xidmətindən ətraf rayonlar da daxil olmaqla gündəlik olaraq 200 nəfər yararlanır.

Fərid Mehdiyev