Göygöl və Bakıda ağır qəzalar olub, ölən var
Göygölün Üçtəpə kəndində iki avtomobil toqquşub. 1998-ci il təvəllüdlü Qoşqar Məmmədov və 1987-ci il təvəllüdlü Elşən Alıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Bakının Xəzər rayonunda “Hyundai” və “Mercedes Vito” markalı avtomobillər toqquşub. “Mercedes Vito”da olan sərnişin - Rüstəmov Rüstəm Vəzir oğlu ölüb, Məmmədov Əbdül Mustafa oğlu, Vəliyeva Elmira Ələkbər qızı, Məmmədov Eldəniz Yaqub oğlu və İmanova Əfsanə Qoçəli qızı xəstəxanaya aparılıb. Faktlar araşdırılır.
Vüsalə Cənnətova