Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolu buz bağlayıb
Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda qismən tıxac yaranıb. Belə ki, yolların buz bağlaması avtomobillərin hərəkətinə maneə olub. Hazırda ərazidə olan Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və digər aidiyyatı qurumlar tərəfindən yaranmış problemin həlli üçün işlər aparılır.