Göygöl sakini qonşusunu armaturla yaralayıb
2020-08-24 14:05
Göygöldə yerli sakin, 40 yaşlı Natiq Niftəliyevlə qonşusu 20 yaşlı Nazim Abbaslı arasında uşaqlarına görə mübahisə yaranıb. Bu zaman Abbaslı armatur parçası ilə Niftəliyevin qarın nahiyəsinə xəsarət yetirib. Yaralı öncə rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncədə yerləşən xəstəxanaların birinə göndərilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Vəfa Şairova