Göygöl rayonunun Çaykənd kəndində bıçaqlanma hadisəsi baş verib
2020-06-30 10:06
Göygöl rayonunun Çaykənd kəndində bıçaqlanma hadisəsi baş verib.18 yaşlı İsmayıl Mirzəyev kürək və bud nahiyəsinin bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub, vəziyyətinin normal olduğu bildirilir.Gəncin hansı səbəbdən bıçaqlanması məlum deyil. Fakt araşdırılır.
Vəfa Şairova