Göygöl rayonundakı heyvan bazarında yenidənqurma işləri yekun mərhələdədir
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nəzarəti altında Göygöl rayonunda fəaliyyət göstərən heyvan bazarında yenidənqurma işləri yekun mərhələyə çatıb. Bazar ərazisində yolun asfaltlanması, heyvanların saxlanma məntəqələrinin təşkili və dezbaryerlərin quraşdırılması kimi əsas infrastruktur işləri tamamlanıb. İri və xırdabuynuzlu heyvanların ayrı-ayrı sahələrdə saxlanılması üçün məntəqələr tikilib. Yaxın günlərdə Göygöl və daha bir neçə infrastruktur işləri həyata keçirilən heyvan bazarlarının yenidən fəaliyyətə başlaması ilə bağlı müvafiq qərarlar veriləcək.

