Göygöl rayonunda yerli sakini elektrik cərəyanı vurub
2020-07-22 10:07
Göygöl rayonunda yerli sakini elektrik cərəyanı vurub. Hadisə Pənahlılar kəndində qeydə alınıb. Kənd sakini, 31 yaşlı Sirac Tağıyev iş görən zaman ehtiyatsızlıqdan elektrik cərəyanı onu vuraraq öldürüb. Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.
Nərgiz Camal