Göygöl rayonunda kişi meyiti tapılıb
Daxili İşlər Nazirliyinin məlumatına görə, Quşqara çayının Göygöl rayonunun Yalqışlaq kəndi ərazisindən keçən hissəsində Qızılca kənd sakini Natiq Nəbiyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Vəfa Şairova