Göygöl rayonunda ölümlə nəticələnən avtoqəza qeydə alınıb
Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qəza qeydə alınıb. VAZ-2107" və "QAZ-53" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ"ın sürücüsü - 1998-ci il təvəllüdlü Ruslan Nəsibov dünyasını dəyişib. 1996-cı il təvəllüdlü Sərxan Əhmədov isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb.