Göyçayda yol qəzasında üç nəfər yaralanıb
2021-04-16 10:07
Göyçay şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. "VAZ 2107" markalı minik avtomobili eyni istiqamətdə hərəkətdə olan və işıqforda dayanan "Ford" markalı yük avtomobilinə arxadan çırpılıb. Nəticədə VAZ-ın sürücüsü və 2 sərnişini xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Fərid Mehdiyev