Göyçayda yol polisi 2 yaşlı uşağı ölümdən xilas edib
2020-10-20 10:03
Göyçay sakini Sahib Quliyev magistral yolun yaxınlığında yerləşən evinin darvazasını açıq qoyduğu üçün 2 yaşlı nəvəsi gözdən yayınaraq magistral yola çıxıb. Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 4-cü taqımının əməkdaşı, polis baş serjantı Nicat Həmidov xidməti avtomobillə hərəkətdə olarkən Qarabaqqal kəndi ərazisində qəflətən qaçaraq avtomobillərin qarşısına çıxan 2 yaşlı uşağı görüb və nəqliyyatın hərəkətini dayandıraraq onu ölümdən xilas edib. Hüseyn Quliyevi ailəsinə təhvil verib.
Fərid Mehdiyev