Göyçayda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb
Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Göyçayda yerləşən yanacaqdoldurma məntəqələrindən birində yoxlama keçirilib. Bu zaman yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu müəyyən edilib. Obyektin ərazisində quraşdırılan təndirxana, həmçinin digər ticarət obyektlərinin layihə sənədləri və istismarı Xidmət ilə razılaşdırılmayıb. Obyektdə işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə Qərar qəbul edilib.
Vüsalə Cənnətova