Göyçayda sürücülərə qarşı reyd keçirilib

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Göyçay Regional Şöbəsi tərəfindən qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan, fərqlənmə nişanı və lisenziyası olmayan sürücülərə qarşı reyd keçirilib. Vergi ödəməkdən yayınan, sürücülük hüququ olmayan sürücülər aşkar edilərək barələrində protokol tərtib olunub. Avtomobillər duracağa yerləşdirilib.

Ruhəngiz Hacızadə