Göyçayda polis marixuana və narkotik tərkibli bitkiləri aşkar edib
Göyçayda polis narkotik tərkibli bitkilərin kultivasiyası və qanunsuz dövriyyəsi ilə məşğul olan şəhər sakini Nazim Tağıyevi saxlayıb. Ondan şüşə qablara yığaraq saxladığı 1 kiloqram 800 qrama yaxın marixuana və narkotik tərkibli bitkinin toxumları, eləcə də ümumi çəkisi 8 kiloqram olan çətənə bitkiləri aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.