Göyçayda otbiçən maşınının mühərriki partlayıb, ata-oğul yaralanıb
Göyçayda 27 yaşlı Cavid Məcidov otbiçən maşının mühərrikini işə salmağa çalışarkən o, partlayıb və yanğın başlayıb. Məcidovun atası, 56 yaşlı Sərvər Məcidov alovu söndürməyə cəhd edib. Nəticədə hər iki şəxs xəstəxanalıq olub. Oğulun vəziyyəti ağırdır.