Göyçayda narkotacirlərə qarşı əməliyyatlarla 6 nəfər yaxalanıb
2021-04-09 14:07
Baş Narkotiklərlə Mübarizə İdarəsi və Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları 17 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddəni dövriyyədən çıxarıblar. Keçmiş məhkumlar Azad Cəlilov, Polad Qəribov, Nicat Hacıyev, Nəriman Rəhimov, Qabil Pirəliyev və Elvin Məmmədov barəsində həbs qətimkan tədbirləri seçilib. Salyanda da polis Bakı sakini Radim Cəfərovdan 4 kiloqrama yaxın heroin və 400 qram metamfetamin götürüb. Şimal Ərazi Baş Gömrük İdarəsi əməkdaşları isə Rusiya istiqamətindən ölkəmizə gələn “Volvo” markalı maşından külli miqdarda dərman vasitələri - 9 600 ədəd həb və 1 020 ampul aşkar ediblər.
Vüsalə camal