Göyçayda kafedə qətl törədilib
2021-02-23 10:10
Göyçayda kafelərin birində qətl hadisəsi baş verib. Şəkər kənd sakini 1987-ci il təvəllüdlü Nicat Əliyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı ov tüfəngindən atəş açaraq rayonun Mırtı kənd sakini 1979-cu il təvəllüdlü Şükürov Cavanşir Hüseyn oğlunu öldürüb. Hadisəni törədən saxlanılıb.
Nərgiz camal