Canlı
Göyçayda evin partlaması ər-arvadı xəstəxanalıq etdi

2017-12-06 / 16:01

Göyçay rayonunun Potu kəndində yaşayış evi partlayıb. Nəticədə ev sahibi Məhəmməd Zərbəliyev və həyat yoldaşı Yeganə Zərbəliyeva yanıq xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qadının bədəninin 60 faizdən artıq hissəsinin yandığından Respublika Yanıq Mərkəzinə köçürülüb.

Fərid Mehdiyev