Göyçayda avtomobil su kanalına düşüb
Göyçayın Kürdəmiş kəndində “VAZ-2106” markalı avtomobil “KİA” markalı avtomobillə toqquşub. Daha sonra içərisində vətəndaşında olduğu avtomobil su kanalına düşüb. FHN-nin Xilasetmə Xidmətinin dalğıc qrupu tərəfindən 1942-ci il təvəllüdlü Osmanov Ağalar Şamil oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
30 iyun 2026

