Göyçayda 3 evdən oğurluq edən şəxs həbs edilib
Göyçay rayonunda yerləşən evlərin birindən 7 min manatdan artıq pul vəsaiti talanaraq ələ keçirilib. Hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş 29 yaşlı Elşən Fərzəliyev saxlanılıb. Araşdırmalarla E.Fərzəliyevin rayon ərazində yerləşən daha iki evdən də oğurluq etdiyi müəyyən olunub.
Faktla bağlı cinayət işi başlanılıb.

