Göyçayda 3 aylıq körpə pilləkəndən yıxılıb
Göyçayın Ləkçıplaq kəndində 3 aylıq körpənin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.Körpənin anası Nigar Abdullayeva pilləkəndən düşərkən müvazinətini itirərək yıxılıb. Bu zaman onun qucağında olan 3 aylıq körpə yerə düşüb və baş nahiyyəsindən ağır xəsarət alıb.Körpənin həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.
07 sentyabr 2026

