Göyçayda “E-manat”dan 32 000 manat oğurlayan şəxslər tutulublar
2021-04-04 10:11
Göyçayda mağazaların birindən oğurluq edilib. Naməlum şəxslər orada quraşdırılan “E-manat” ödəmə terminalının kassasını sındıraraq içərisində olan 32 000 manat pulu, eləcə də mağazadakı tütün məmulatlarını və pulu oğurlayaraq hadisə yerindən yayınıblar. Əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törədən rayon sakinləri Nizam Nuruyev, Süleyman Nuriyev və Kamran Hüseynli tutularaq istintaqa təqdim ediliblər.
Nərgiz camal