Göyçay rayonunda 18 mənzilli yaşayış binasında yanğın baş verib
2020-11-08 11:05
Göyçay rayonunda 18 mənzilli yaşayış binasında yanğın baş verib. Qoşqarov Tofiq Qulam oğluna məxsus ümumi sahəsi 55 kv.m olan mənzili cənginə alan alovun söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb, binın qalan hissəsi alovdan mühafizə olunub.
Vəfa Şairova