Göyçayında yerləşən kafedə bıçaqlanma olub
Göyçayın Cəyirli kəndində yerləşən kafedə bıçaqlanma olub. Rayon sakinləri - Elşad Mirzəliyevin, Zamiq Həsənovun və əvvəllər məhkum olunmuş Toğrul Bayramovun münaqişə zəminində Kürdşaban kənd sakini Pərvin Hüseynova bıçaqla çoxsaylı xəsarət yetirmələri, həmin vaxt onları sakitləşdirməyə çalışan Kürdəmiş kənd sakini Aqil Yusifovun və Kürdşaban kənd sakini Seymur Rəhimovun kəsilmiş-çapılmış xəsarətlər almaları məlum olub. Hər 3 şəxs saxlanılıblar. Xəstəxanaya yerləşdirilən Pərvin Hüseynovun vəziyyəti ağırdır. Digərlərinə isə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.