Göyçayın təhsil şöbəsinin müdiri cəzalandırılıb
2020-06-11 16:06
Göyçay Rayon Təhsil Şöbəsinin müdirinə xüsusi karantin rejimi qaydalarını pozduğuna görə şiddətli töhmət verilib. Elnur İsmayılov təqribən 60 nəfər rayon ümumi təhsil müəssisələrinin rəhbərlərinin və şöbə əməkdaşlarının iştirakı ilə iclas təşkil etdiyi üçün cəzalandırılıb.
Vüsalə Camal