Göyçayın Çərəkə kəndində kütləvi zəhərlənmə qeydə alınıb
2021-04-19 12:08
Göyçayın Çərəkə kəndində kütləvi zəhərlənmə qeydə alınıb. İlkin ehtimala görə, iftar süfrəsinə toplaşan 10 nəfər pomidordan zəhərlənib. TƏBİB-dən bildirilib ki, hamısı kişi olan şəxslər Alimentar Qastrid diaqnozu ilə Təcili Tibbi Yardım bölməsinə daxil olublar. Onlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabil olduğundan ambulator müalicə üçün evə buraxılıblar.
Vüsalə camal