Görülən preventiv tədbirlərə baxmayaraq Azərbaycanda yeni növ koronavirusa yoluxma dinamikası artmaqdadır

2020-04-16 18:08

Görülən preventiv tədbirlərə baxmayaraq Azərbaycanda yeni növ koronavirusa yoluxma dinamikası artmaqdadır. Buna virusun aqressiv və yoluxma sürətinin yüksək olması ilə yanaşı, əhali tərəfindən tələblərə ciddi əməl edilməməsi, digər şəxslərlə təmasları və digər mövcud qaydaları pozmaları səbəb olur. Qlobal pandemiya dövründə insanların sağlamlığı və təhlükəsizliyi naminə mövcud tələb və qaydalara əməl edilməsi, həm də ölkənin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır. Bir daha vətəndaşları ciddi zərurət olmadığı halda evdən çıxmamağa, market, aptek və ictimai nəqliyyatda ara məsafəsini gözləməyə çağırırıq. İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün Ümumdünya Səhiyyə Təşkilatının və Nazirlər Kabineti yanında Operativ Gərargahın tövsiyyələrinə, şəxsi gigiyena qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq tələb olunur. Həyat evdədir – çağırışına qoşulmaqla koronavirusa qarşı mübarizəyə dəstək kampaniyamıza qoşula, videolarınızı instaqramda həyat evdədir heşteqi ilə paylaşıb və ya efirdə yayımlanması üçün Kəpəz TV-nin İnstagram səhifəsinin mesaj bölməsinə göndərə bilərsiniz. Eləcə də hər hansı sualınızla bağlı Gəncə Şəhər İcra Hakimiyyətində yaradılan Koronavirusa Qarşı Mübarizə Qərargahı ilə əlaqə saxlamaq olar. 24 saat aktiv olan 022 256 15 04 nömrəli qaynar xəttə zəng edə bilərsiniz. Sağlamlığımız ən vacib dəyərlərdən biridir, onu qorumaqsa məhz öz əlimizdədir

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik