Gömrükdə yarım milyon manatdan artıq dəyəri olan dərman aşkarlanıb
Tovuz gömrüyündə Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsində ölkə ərazisinə rəsmi idxal edilən dərman vasitələrinin arasında gizlədilmiş, gömrük orqanına bəyan olunmayan ümumilikdə 82 adda dərman vasitəsi aşkar edilib. Aşkar olunan dərman vasitələrinin qiymətinin 507 min manat olduğu müəyyənləşdirilib. Faktla bağlı araşdırma aparılır.
07 oktyabr 2026

