Canlı
Gömrükdə yağın içindən papiros çıxdı

Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postundan keçməklə Rusiyadan Azərbaycana gələn ölkə vətandaşının əl yüklərinə gömrük baxışı keçirilib. Bu zaman vətəndaşa məxsus yağ qutularındakı yağların altından 126 qutu papiros aşkar olunub.Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə