Gömrükdə siqaret və spirtli içkilər aşkarlandı

2019-09-10 18:05

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mercedes" markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb. Nəqliyyat vasitəsinə kinoloji xidmət iti tətbiq edilməklə baxış keçirilib. Maşının yük yerindən və salonundan 3600 ədəd siqaret və hər biri 1 litr olmaqla 19 ədəd spirtli içki aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Vüsalə Camal