Gömrükdə 243 ədəd mobil telefon aşkar edilib
Tovuz Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkə ərazisinə gələn nəqliyyat vasitəsinin yük yerindən və gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən 243 ədəd müxtəlif markalı mobil telefon, mobil telefonlar üçün 298 ədəd enerji doldurucusu və 225 qutu dərman preparatları aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
22 aprel 2026

