Canlı
Gömrük orqanına bəyan olunmayan mallar aşkar olunub

2019-01-11 / 13:58

Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi sərnişin avtobusu saxlanılıb və gömrük baxışı keçirilib. Nəqliyyat vasitəsinin radiator üçün nəzərdə tutulmuş yerində olan 4 ədəd əl çantasından gömrük orqanına bəyan olunmayan 14 600 ədəd mobil telefon üçün örtük, 6 000 ədəd mobil telefon silmək üçün salfetlər və 80 ədəd plastik qabda maye yağlar aşkar olunub.

Ruhəngiz Hacızadə