Gömrük nəzarətindən gizlədilən spirtli içkilər aşkarlanıb

2019-10-08 18:02

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan “Mercedes” markalı avtomobil ilə gələn Azərbaycan vətəndaşı saxlanılıb. Nəqliyyat vasitəsində 11 ədəd 700 millilitrlik spirtli içki aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Ruhəngiz Hacızadə